Saturday, July 14, 2012

Filmlər - Bəxtiyar

I found a great compilation of Azerbaijani "klassik filmlər" - it's called Azərbaycan kinosu (doesn't look like the picture). It has 62 "bizim kino". I bought it from the video shop that goes along the right-hand side of MUM. I watched the wonderful 1959 film Onu bağışlamaq olarmı? There was a slight problem with the disk however - it was cut short by about three or four minutes. The ending was very dramatic, but not what I expected. The very nice young guy working there is preparing a replacement copy of the disk for me. He fast-forwarded the film to find out where it was cut and let me find out how it ended! All very interesting and very helpful. I would highly recommend getting DVDs from this shop to help improve your Azerbaijani.

Having said that, I am having a terrible time finding scripts online from these film classics. Ages ago I found a full version of the dialog in Bəxtiyar, one of my all-time favorite films. I've watched it a couple of times so have it firmly in my memory. I read the whole script aloud today and it was great fun. This is actually much more effective as a method of learning language than reading novels. I was incredibly disappointed today when I went online and could not find ANY transcripts of Azerbaijani movies, not even the one that I had previously found. I was searching the following keywords: sitatlar, Azərbayan, filmlər, sözlər... and names of particular films. Heç nə tapmamışam! If anyone out there knows where I can find full scripts, I would really appreciate it. I am prepared to do the old-fashioned library thing. Hey, I'm a librarian! And I do remember what it was like to slowly go through microfilm...

However, for anyone who is as interested as I am in enjoying these wonderful films, I will share in full the one complete sitatlar that I have: Bəxtiyar. I hope you enjoy it as much as I do!


7. Sitatlar
Bəxtiyar (uşaq): Mən axşama kimi burada oturmaq istəmirəm.
Yusif (uşaq): Bir az gözləsək yaxşıdır. Gəlib gedən var. Planımızı poza bilərlər.
Saşa (uşaq): Heç nə edə bilməzlər. Daha gözləyə bilmərik.
Bəxtiyar (uşaq): Doğrudur. İşə başlamalıyıq. Birimiz divarın üstündə qalmalıdır. Əgər o görsə ki, bir yerdə...
Yusif (uşaq): Qoyun, mən qalım. Bir şey olan kimi xəbər verərəm.
Bəxtiyar (uşaq): Hə, sən qal Yusuf, divarı aşa bilməzsən.
Yusif (uşaq): Niyə aşa bilmirəm ki, eee? Əhh.
Saşa (uşaq): Yaxşı. Sən mənimlə gedərsən Yusif. Sənə çox hərəkət etmək lazımdır. Bu qədər kökəlmək olmaz. Qulaq asın, biz almaları yığmağa başlayanda, sən də oxumağa başla. Ancaq yaxşı oxu ha, artist kimi. Professor mahnını çox sevir. Sənə başı qarışar. Bildiniz?
Yusif (uşaq): Doğrudur. Biz də yükümüzü o ki var tutarıq.
Saşa (uşaq): Sus! Səssiz... Gəlin...
Yusif (uşaq): Bəxtiyar!.. Kömək elə. Tez ol!
Bəxtiyar (uşaq): Yusuf, sağsan?
Yusif (uşaq): Bilmirəm.
Professor Rəcəbov: Dayan!.. Dayan!.. Dayanın!.. Tutun onları!..
Saşa (uşaq): Yusuf, Yusuf! Dayan, Bəxtiyarı tutdular.
Professor Rəcəbov: Burada dayan!... Sənin adın nədir?
Bəxtiyar (uşaq): Bəxtiyar.
Professor Rəcəbov: Eşitmirəm bərkdən de.
Bəxtiyar (uşaq): Bəxtiyar.
Professor Rəcəbov: Bu hansı notadır?
Bəxtiyar (uşaq): Bilmirəm.
Professor Rəcəbov: Bunu oxu görüm..... Ucadan, ucadan...
Yusif (uşaq): Saşa eşidirsən? O qışqırır, qaçaq.
Saşa (uşaq): Biz onu qurtarmalıyıq.
Professor Rəcəbov: Neçə yaşın var?
Bəxtiyar (uşaq): On üç
Professor Rəcəbov: Xanəndə olmaq istəyirsən?
Bəxtiyar (uşaq): Heç məndən xanəndə olar?
Professor Rəcəbov: Olar.
Yusif (uşaq): Axı, o niyə oxuyurdu həə?
Saşa (uşaq): Lap biabır olduq.
Yusif (uşaq): Yaman da yükümüzü tutduq, ehh... Odur gəlirlər
Saşa (uşaq): Buraxın onu, Teymur Əliyeviç, buraxın onu
Professor Rəcəbov: Sən də buradasan, Saşa? Sənin bu hərəkətlərini atana deyəcəyəm.
Yusif (uşaq): Almaları borc yığmışıq. Qəbz də verə bilərik.
Saşa (uşaq): Biz almaları öz yerinə qoya bilərik.
Yusif (uşaq): Hə.
Professor Rəcəbov: Yerinə qoymaq yox, onları asmaq lazımdır.
Yusif (uşaq): Biz təşəbbüs göstərmək istəyirdik.
Professor Rəcəbov: Sizlərdə buna təşəbbüs göstərmək deyirlər?! Amma məncə buna alma oğurluğu deyirlər. Bu bağda elədiyiniz işlərin hamısını açıb evdə deyin. Aydındır?
Saşa (uşaq): Almaları özümüzə yığmamışıq.
Bəxtiyar (uşaq): Şefliyimizdəki qospital üçün yığmışıq.
Professor Rəcəbov: Həə?!..
Verxovski: Xoş gördük!.. Niyə dinmirsən? Sizə nə olmuşdur ki?
Nataliya Alekseyevna: Bundan artıq nə ola bilər ki?! Biz möhkəm dalaşmışıq.
Verxovski: Hm?!
Nataliya Alekseyevna: Hə, Mitya. Sənin bu əzizcə qızın bu gün professor Rəcəbovu soymuşdur.
Verxovski: Necə?
Nataliya Alekseyevna: Hə. Yoldaşları ilə professorun bağından oğurluq edib.
Saşa (uşaq): Biz almanı qospital üçün dərmişik.
Verxovski: Bəlkə müharibədən sonra, Aleksandra Dmitriyeviç, başım bir az ayıldı və səninlə çox məşğul ola bildim. İndi isə səndən xahiş edirəm ki, yersiz hərəkətlərə yol vermə və Nataşa bibinin sözünə bax.
Saşa (uşaq): Atacan, mən heç onun sözündən çıxmıram. Axı, sən onun xasiyyətinə bələdsən. Saşacan, at bu şalvarı axı, dizlərin çapıq-çapıq...
Verxovski: Mənə bax, bilirsən nə var, bəsdir. Eşitdin? Bax, bu axırıncı dəfə olsun. Bildin? İndi isə dur get ora, kresloda otur və yaxşı-yaxşı fikirləş....
Nataliya Alekseyevna: Hanı?.. Belə olmaz, ceyranım. Sən özünü ağıllı, kamallı qız kimi aparacaqsanmı? Görürsənmi, özünü təmizə çıxarmağa söz də tapa bilmirsən.
Verxovski: O susur. Deyəsən peşman olub?
Nataliya Alekseyevna: Ceyran qız!.... Mitya!....
Verxovski: Hə!
İsmayılov: Sən Mahmud Muradovun oğlusan?
Bəxtiyar (uşaq): Bəli.
İsmayılov: Heç bilirsən atana necə oxşayırsan?
Bəxtiyar (uşaq): Siz atamı tanıyırdınız?
İsmayılov: O mənim rotamda pulemyotçu idi. Cəsur soldat və sadiq bir yoldaş idi. Sən onun adını ucaltmalısan, özü də həyatın boyu. Ağlama, sakit ol, oğlum.
Tibb bacısı: Bu almaları pionerlər sizə hədiyyə gətiriblər. Buyurun!
Xəstə: Çox sağ olun!
Bəxtiyar (uşaq): Dayı şəklimizi hazırlamağı yaddan çıxarmayın.
İsmayılov: Heç elə şey olar, mütləq hazırlayacağam.
Yusif (uşaq): Biz böyüyəndə bu şəkillərə baxmaq olduqca maraqlı olacaq
İsmayılov: Doğrudur. Sən böyüyəndə nəçi olmaq istəyirsən? Oynayan?
Yusif (uşaq): Niyə ki oynayan?
İsmayılov: Hə?
Yusif (uşaq): Mən elə belə oynayırdım. Hərçənd mənə Bəxtiyardan az əl çalmadılar. Sözün düzü... Sözün düzü mən laureat olacağam...
İsmayılov: Hm?
Yusif (uşaq): Həə.
Saşa (uşaq): Mən isə geoloq olacağam. Atam deyir ki, mən onun peşəsini davam etdirməliyəm.
İsmayılov: Yaxşı peşədir. Ancaq Bəxtiyar isə mütləq xanəndə olmalıdır. Sənin gözəl səsin var.
Bəxtiyar (uşaq): Yox, Rza dayı. Mən neftçi olacağam, atam kimi.
İsmayılov: Yaxşı neftçi, geoloq, laureat, burda dayanın şəklinizi çəkim yadigar qalsın... Neftçi yaxın dur, çəkirəm...
Bəxtiyar (uşaq): Əzizim Rza dayı, mən bu yaxınlarda sənət məktəbini qurtarıb buruqda işləməyə başlayacağam. Saşa və Yusif doqquzuncu sinifdə oxuyurlar. Bizə bağışladığınız fotoşəklə baxarkən tez-tez sizi yadımıza salırıq.
Bəxtiyar: Danışan Bəxtiyar Muradovdur. Bəli, bəli Bəxtiyar Muradov. Neft çıxdı. Qiyamətdir, əla neftdir. Şokolaaad kiimi.. Gedək, uşaqlar.
Dostlar: Gedək
Bəxtiyar: Uşaqlar, gecikirik. Gəlin, qaçaq.
Saşa: Salam, uşaqlar.
Petya: Salam!
Kərim: Salam!
Bəxtiyar: Salam!... Salam Yusif, çoxdandır görüşmürük.
Yusif: Hə, çoxdandır.
Saşa: Bəxtiyar, bəs nə eləyək?
Yusif: Niyə dayanmışıq? Gedək, oynayaq.
Saşa: Hə, doğrudan da. Niyə dayanmışıq.
Petya: Hələlik!
Həbib: Gedək, oynayaq!
Yusif: Rica edirəm.
Bəxtiyar: Yaxşıdır, eləmi, Saşa?
Saşa: Yaxşıdır
Bəxtiyar: De görüm, planın nədir, geoloq?
Saşa: Əvvəlki kimi, Moskva, universitet. Bəs sən necə, fikrini dəyişməmisən ki?
Bəxtiyar: Yox, mən buruqda qalacağam.
Saşa: Bəs oxumaq, konservatoriya?
Bəxtiyar: Eh, Saşa, heç məndən xanəndə çıxar?
Saşa: Yaxşı. Bəsdir, naz eləmə. Özün yaxşı bilirsən. Professor Rəcəbov da həmişə səni xəbər alır.
Bəxtiyar: Yaxşı bilirəm, bu sənin işindir.
Saşa: Bunun fərqi yoxdur. Mütləq Rəcəbovun yanına getməlisən. Eşitdin? Həə? Xahiş edirəm. Mənim xatirəm üçün.
Bəxtiyar: Mən səni həmişə görəndə...
Saşa: Aralığa söz qatma. Gedəcəksən elə mi?
Bəxtiyar: Yaxşı, arxayın ol gedərəm.
Saşa: İndi biz artıq uşaq deyilik.
Bəxtiyar: Təəssüf.
Saşa: Böyüdüyümüz üçün?
Bəxtiyar: Yox ayrılacağımız üçün.
Qız: Sizdən böyük bir xahişim var.
Yusif: Buyurun! Siz nə istəyirsiniz, bu saat yerinə yetirim.
Qız: Elə isə dəqiqə başı ayağımı tapdalamayın... Niyə demirsiniz adınız nədir, hansı institutda oxuyursunuz.
Yusif: Mən oxumağa gedirəm, Moskvaya, ticarət məktəbinə.
Qız: Elə bu saat?
Yusif: Yox, sabah.
Həbib: Yusuf, bir dəqiqə dayan!... Kimi axtarırsan?
Yusif: Heç kimi.
Kərim: Bəlkə Saşanı axtarırsan?
Yusif: Bəli, Saşanı. Onunla sabah Moskvaya gedirik. Ona görə evə tez getməliyik. Bildin?
Həbib: Bəs belə dee..
Yusif: Bəli.
Həbib: Yusif, cibində on beş qəpikliyin varmı?
Yusif: Buyur! (Petya qəpiyi əyir və Həbibə verir. Həbib də Yusifə verir.)
Petya: Bunu yadından çıxartma.
Yusif: Yaxşı, olsun.
Petya: Olsun.
Kərim: Sualın var?
Yusif: Yox.
Petya: Geriyə...
Saşa: Niyə mənə elə baxırsan?
Bəxtiyar: Mənə bir şey əmr elə, ya da, bir şey xahiş elə.
Saşa: Göydən mənə bir kəpənək tut.
Bəxtiyar: Opp...
Saşa: Mən heç bilməzdim ki, o bu qədər gözəl olur. Rəngi necə də qəşəngdir.
Bəxtiyar: Saşa, sən nə üçün bu gün, bu qədər gözəlsən?!
Saşa: Sən nə deyirsən, Bəxtiyar?
Bəxtiyar: Bura bax, bəlkə heç sən Saşa deyilsən?
Saşa: Mən Saşayam. İstəyirsən sübut eləyim?
Bəxtiyar: Elə.... (Saşa fit çalır) Bəh, bəh, bəh... Bəli, Saşasan, həmin o Saşasan ki, mən...
Saşa: Sus!... (Bəxtiyarın ağzını tutur)
Nataliya Alekseyevna: Siz, çox yaxşı oğlansınız, Yusif. Mən... (kiməsə dəyir) mən əminəm ki, Moskvada Saşadan muğayat olacaqsınız.
Yusif: Yazılı iltizamnamə verə bilərəm. Nataliya Alekseyevnanın qardaşı qızını təhvil aldım. İmza edirəm.
Verxovski: Saşa, yadından bir şey çıxmayıb ki?
Saşa: Yadımdan çıxıb. Səni bir də öpmək yadımdan çıxıb
Yusif: Saşa üçün nigaran olmayın, Dmitri Alekseyeviç. Nataliya Alekseyevnaya yazılı iltizamnamə vermişəm.
Saşa: Mən uşaq deyiləm.
Bəxtiyar: Yusif!... (Yusif yaxınlaşır) Salam, Yusif.
Yusif: Salam və əlvida.
Bəxtiyar: Əlvida nə üçün? Mən ki heç yana getmirəm.
Yusif: Lakin, mən gedirəm.
Bəxtiyar: Hara?
Yusif: Moskvaya.
Bəxtiyar: Həə...
Yusif: Saşa ilə şərtimiz belədir.
Nataliya Alekseyevna: Yusif!
Yusif: Bu saat gəlirəm. Bağışla, Nataliya Alekseyevna məni çağırır.
Bəxtiyar: Salam, Dmitri Alekseyeviç.
Verxovski: Salam! Nə üçün gecikibsən? Bu heç sənə yaraşmır. Yaxşı, mən gedim sənin üçün "Narzan" alım.
Bəxtiyar: Mən bunu bilmirdim.
Saşa: Nəyi bilmirdin?
Bəxtiyar: Yusif ilə bir gündə, bir qatarda getməyini bilmirdim
Saşa: Nəinki bir qatarda, bir vaqonda, bir kupedə gedirik. Burada nə var ki? Yusif Moskvaya ticarət məktəbinə gedir.. Nə oldu? Nə oldu?
Bəxtiyar: Heç nə...
Saşa: Bu saat gülümsün. Eşidirsən?! Yoxsa, hamı elə bilər ki, biz səninlə dalaşırıq. Gülümsün. Xahiş edirəm. Eşidirsən? Üzünü mənə döndər, Bəxtiyar... Bəxtiyar!...
Nataliya Alekseyevna: Di gəl, qızım.
Verxovski: Hə, yaxşı yol.
Nataliya Alekseyevna: Özündən muğayat ol, Saşenka. Ehtiyyatlı ol! Çatan kimi məktub yazarsan. Məktub yazmağı unutma, Saşa
Saşa: Yaxşı. Sağ olun.
Nataliya Alekseyevna: Yaxşı yol! Yaxşı yol!
Yusif: Arxayın olun, Natalya Alekseyevna. Xudahafiz.
Nataliya Alekseyevna: Yaxşı yol!
Yusif: Salamat qal, Bəxtiyar. Darıxma, sənə məktub yazacağam.
Bəxtiyar: Buruğa sür.
Poçtalyon: Bəxtiyar!
Bəxtiyar: Hə!
Poçtalyon: Bura gəl! Bu günkü "Vışka" nı oxumusan.
Bəxtiyar: Yox!
Poçtalyon: Yenə yazıblar. Siz cavan ustalardan. Afərin! Buna görə al sənə məktub.
Bəxtiyar: Sağ ol!
Bəxtiyar: Salam!
Neftçi: Salam!
Həbib: Bəxtiyar! Bəxtiyar! (Bəxtiyar yaxınlaşır).. Nə var? Turbaları gətirmədin?
Bəxtiyar: Gətirdim, elə indi buruğa göndərdim
Həbib: Bəs niyə keyfin yoxdur?
Bəxtiyar: Heç, elə belə.
Petya: Oxumusan?
Bəxtiyar: Hə.
Kərim: Ye, xörəyini ye.
Həbib: Məktub kimdəndir?
Bəxtiyar: Yusifdəndir. Doqquzuncu məktub.
Həbib: Sən onun məktublarını nömrələyirsən?
Bəxtiyar: Yox, özü nömrələyir. Yusif hələ məktəbdə oxuyarkən riyaziyyat... düşkünü idi.... Qulaq asın, görün nə yazır : İllər sürətlə ötüb keçir elə bil dünən mən uşaqdım, Saşa isə dəcəl bir qız. İndi artıq biz uşaq deyilik, öz taleyimizi özümüz həll edə bilərik. Göndərdiyim şəklə diqqətlə bax. Görürsən biz necə xoşbəxtik. Mənim xoşbəxtliyimə sən də sevin.
Həbib: Boşboğazlıq edir.
Kərim: Başdan ayağa gopdur.
Petya: Niyə, sən Yusifi tanımırsan? O əclafın biridir.
Həbib: O sənə yedirtmək istəyir ki, guya Saşa ilə sevişirlər.
Petya: Doğrudur.
Kərim: Bəs, Saşa nə yazır?
Bəxtiyar: Konservatoriyaya nə vaxt girəcəyimi soruşur.
Petya: Bax, bu lap ağıllı sözdür
Kərim: Bəli.
Bəxtiyar: Məncə adam harada çox xeyir verirsə, elə orada da işləməlidir. Mahnı, səs bunlar hamısı əylənmək üçündür.
Petya: Gəl, sən baş-ayaq vurma.
Həbib: Axı, səs var, səs var
Kərim: Doğrudur. (Mir Həmid içəriyə girir)
Mir Həmid: Yoldaşlar! Əziz və möhtərəm yoldaşlar! Əgər içərinizdə oxuyan, oynayan və yaxud bir şeyi çalmağı bacaran varsa təcili surətdə Sahil küçəsindəki kluba gəlsin. Rica olunur. Əziz yoldaşlar!
Neftçi (qoca): Kim çalıb, oynamağı bacarır? Bir deyin görüm, uşaqlar. Hə?
Neftçi (cavan): Bəxtiyar, ay Bəxtiyar, bu söz sənə aiddir.
Kərim: Oxu, Bəxtiyar. Qoy, hamı bilsin ki, bizim briqadada oxuyan da var.
Bəxtiyar: Ehh.
Petya: Niyə özgə klubda oxusun? Öz klubumuza nə gəlib ki?
Həbib: Görəsən, adamları o kluba niyə belə təcili çağırırlar?
Ağabala: ...... işimiz əngəldir. Başa düşürsüz ki, işimiz əngəldir?
Zəhra: Nə olub, Ağabala? Niyə məni çağırmısan?
Ağabala: Bunu bilin ki, Zəhra xala. Mən bu klubun direktoruyam. Siz isə burada kassirşasız.
Zəhra: Yaxşı, qışqırma, qışqırma.
Ağabala: Xala, əgər sən bir də mənim sözümü kəsib intizamı pozsan, sənə töhmət elan edərəm.
Zəhra: Sən bu sözləri Gülzar xalana da demisən.
Ağabala: Klubda xala çoxdur. Bacıoğlu isə bir dənədir.
Gülzar: Bir dənədir? Bəs Rza?
Ağabala: Mir Həmid, bircə onu yuxudan oyat, yoxsa deyilənləri eşitməz.
Mir Həmid: Rza, Rza...!
Rza: Hə, hə?!
Ağabala: Sizə bildirməliyəm ki, sabah klubumuza xüsusi bir komissiya gəlir. Özfəaliyyət dərnəklərimizin işlərini kökündən yoxlayacaqlar. Nə isə, işlərimizə baxacaqlar. Budur.
Adil: İşləri, gücləri qurtarıb. Niyə baxacaqlar?
Zəhra: Niyə baxacaqlar yox, nəyə baxacaqlar. Bəli. Yaman yerdə axşamladıq.
Rza: Bu gün axşam?
Mir Həmid: Bu gün yox, a kişi. Sabah ey, sabah.
Rza: Nə vaxt?
Mir Həmid: Nə vaxt.
Gülzar: Vallah heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir. Biz nə eləyə bilərik, Ağabala?!
Ağabala: Heç utanırsınız? Dedim qohum-əqrabadır, bəd ayaqda dadıma çatarlar. Buna görə də mən sizi öz klubuma işə götürdüm.
Rza: Kimi işdən götürürlər?
Mir Həmid: Səni
Rza: Məni? Bəs səni?
Ağabala: Səsinizi kəsin. Təcili tədbir görməliyik ki, sabah klubda özfəaliyyət dərnəkləri olsun. Fikirləşin, hamınız fikirləşin....... Tapmışam. Rza!
Rza: Həə?
Ağabala: Rza, yaxşı bir oxuyan tapa bilərsən?
Rza: İtirmişəm ki, tapım?!
Gülzar: Oxuyanı mən taparam. Bizim qonşu arvadın...
Ağabala: Səsi var?
Gülzar: Yox oğlunun səsi var. Mən anasına deyərəm, anası da oğluna deyər. O da elə oxuyar ki, komissiya lap mat qalar.
Ağabala: O xanəndədir?
Gülzar: Yox. Dəniz buruqlarında işləyir. Adı gərək ki.. Bəxtiyar Muradovdur.
Ağabala: Xala!
Gülzar: Hə?
Ağabala: Neftçi...
Gülzar: Həə.
Ağabala: Oxuyan...
Gülzar: Həə.
Ağabala: Bu lap yerinə düşər ki.. (Ağabala masanın arxasına keçir). Hamınız qulaq asın! Sizin hər biriniz məvacib aldığı sahənin işinə cavabdehdir... Ədil, gör nə deyirəm....
Ağabala: Rica edirəm! Buyurun! Mən sizə deməliyəm ki, özfəaliyyət işinin ustasıyam. Çoxdan bu işin aşiqiyəm
Komissiya Sədri: Gəlin, başlayaq.
Kontrabasçalan: Ya məni bu saat buraxacaqsınız səhnəyə, ya mən, bu saat çıxıb gedəcəyəm.
Zəhra: Sakit ol! Sakit ol!
Kontrabasçalan: Axı, başa düşün ki, orada orkestr mənsiz çala bilməz.
Zəhra: Bu saat, bu saat.
Adil: Zəhra xala!
Zəhra: Hə?
Adil: Bunu haraya asım? Hanı Ağabala?
Zəhra: Ağabala?
Adil: Ağabala, hazırdır.
Ağabala: Harada itib-batmısan?
Adil: Budur.
Ağabala: Eeehh. Başlamaq lazımdır. Heç gələn var?
Zəhra: Həə.
Ağabala: Kim?
Kontrabasçalan: Restoranın solisti Mehdi Kazımov
Ağabala: Sus! Restoranın adını çəkmə! Sən bizim dərnək üzvüsən.
Ağabala: Özfəaliyyət dərnəyimizin nümayişinə başlayırıq. Çıxış edir, dəllək, Mehdi Kazımov. Solo kontrabasda... Keçin səhnəyə.
Kontrabasçalan: Pianinonu kim çalacaq?
Ağabala: Rza.. Hanı Rza? Mir Həmid, hanı Rza?
Mir Həmid: Axtarırıq, deyirlər ?.....?ların dalınca gedib.
Ağabala: Rza kimi qohumun başına daş düşəydi.
Mir Həmid: Hə, həə...
Ağabala: Keçin solist çalın
Kontrabasçalan: Necə? Mən tək kontrabasda?
Ağabala: Həəə..
Mir Həmid: Alə, yeri... yeri da.
Ağabala: Yeri.. Əəəhh.
Gülzar: Zəhra!
Zəhra: Nə var?
Gülzar: Mən heç kəsi tapa bilmədim.
Zəhra: Tapa bilmədin?
Gülzar: Yox, tapa bilmədim.
Ağabala: Bəs hanı sənin oynayanın? Hanı sənin Bəxtiyarın?
Gülzar: Gələcəklər, Ağabala. Vallah gələcəklər, söz veriblər.
Zəhra: Həə.
Ağabala: Kimi buraxaq indi?
Zəhra: Onlar gələcəklər. Onlar qiyamət oynayırlar. Pullarını da qabaqcadan vermişəm.
Ağabala: Necə? Heç artistə qabaqca pul verərlər? Başına soyuq dəyib?....(kontrabas çalan gəlir).... Səhnədən niyə çıxdın?
Kontrabasçalan: Əlimdən gələni elədim. Pulumu kim verəcək?
Ağabala: Pulumu, pulumu eeeh
Kontrabasçalan: Pulumu verin!
Ağabala: Bəlkə balaca bir antrakt elan edək.
Komissiya sədri: Antrakta ehtiyac yoxdur. Özfəaliyyətiniz elə bundan ibarətdir?
Ağabala: Yox, canım. Hələ proqram davam edir. Klubun fəalları Hüseynova bacıları bu saat öz məharətlərini göstərəcəklər.
(Zəhra ilə Gülzar səhnəyə çıxıb "Babam Evlənir" mahnısını oxuyurlar.)
Gülzar: Zəhra!
Zəhra: Həə?
Gülzar: Gəl, bir də
Zəhra: Gəl!
Gülzar: Vay, dədəm, vay.... Balam eeey
Komissiya sədri: Sağ olun, kifayətdir.
Gülzar: Həə?
Zəhra: Həə?
Komissiya sədri: Kifayətdir. Sağ olun.
Ağabala: Siz niyə səhnədən çıxdınız?
Gülzar: Niyə üstümə qışqırırsan, Ağabala? Sədrin özü dedi ki, çox sağ ol.
Ağabala: Yerə soxum boyuvu.
Gülzar: Eeee.
Rza: Ağabala!
Ağabala: Hə?
Rza: Gətirdim
Ağabala: Sizə deyiblər ki, dərnək üzvüsüz?
Rəqqas: Arxayın ol.
Ağabala: Tez olun hazırlaşın.
Rəqqas: Bu saat. Soyun!
Rəqqasə: Çemodanı!
Rəqqas: Bu saat.
Ağabala: Xoreoqrafik etüd. İfa edirlər : qazmaçı Anton Raskopov və montajçı Klara Kalmagina. Başla
Komissiya sədri: Bağışlayın, yoldaş oynayanlar. Sizə bir sualım var.
Rəqqas: Buyurun
Komissiya sədri: Siz gərək ki, qazmaçısınız?
Rəqqas: Bu nə sözdür?! Əlbəttə. Mən qazıram. Bu isə qazmır, bu montajlayır.
Komissiya sədri: Montaj edir
Rəqqasə: Xoru da bacarıram
Rəqqas:' Bəli
Komissiya sədri: Siz nə qazırsınız?
Rəqqas: Neft, qara qızıl qazırıq. Haaa.
Komissiya sədri: Siz qazdığınız axırıncı quyunun dərinliyi nə qədər idi?
Rəqqas: Mən qazdığım?
Komissiya sədri: Bəli
Rəqqas: On metr idi.
Komissiya sədri: Neçə?
Rəqqasə: Beş metr. (Komissiya sədri gülür)
Komissiya sədri: Mənim sizə daha sualım yoxdur.
Ağabala: Biabırçılıqdır. Bu artistləri ?....? kim buraxıb? Müqəssirlər cəzasına çatacaqlar.
Komissiya sədri: Əlbəttə çatacaqlar
Ağabala: Yoldaşlar, getməyin. Yoldaş sədr, bircə dəqiqə, bircə dəqiqə. Mənə də qulaq asın. Vallah mən günahkar deyiləm.
Mir Həmid: Yoldaş Hüseynov, Bəxtiyar Muradov gəldi.
Ağabala:Yoldaşlar, baxın, bu Bəxtiyar Muradovdur. Buna da qulaq asın.
Komissiya sədri: Yəqin o da neftçidir, həə?
Ağabala: Neftçidir. Özü də dəniz buruqlarında işləyir.
Komissiya üzvü: Gəlin qulaq asaq.
Ağabala: Çox sağ olun! Buyurun!
Komissiya sədri: Bağışlayın, siz neftçisiniz?
Bəxtiyar: Bəli.
Komissiya sədri: Çoxdan?
Bəxtiyar: Üç ilə yaxındır.
Komissiya sədri: Çox sağ olun. (üzünü həmkarlarına çevirir). Gedək, məsələ tamamilə aydındır.
Ağabala: Yoldaşlar, siz mənə son xəbərdarlıqla şiddətli töhmət verə bilərsiniz. İstəsəniz adi töhmət də verə bilərsiniz. Mən burada günahkar deyiləm. O, artist deyil, o, həqiqətən neftçidir.
Komissiya sədri: Bu həqiqətə oxşamır. O ki, əsl xanəndədir.
Ağabala: Neft-Çi-Dir
Komissiya sədri: Xanəndədir. Gedək
Komissiya üzvü: Gedək
Komissiya sədri: Məsələ aydındır.
Ağabala: Neftçi. Xanəndə. Hı! Həə? Xanəndə? Həəəəə.
Ağabala: Mən gəlməyə bilməzdim. Sənin səsin məni bura gətirdi.
Bəxtiyar: Başa düşmürəm, siz nə demək istəyirsiz.
Ağabala: İcazə varmı?
Bəxtiyar: Buyurun!
Gülzar: Anan evdədir, oğlum?
Bəxtiyar: Evdədir.
Bəxtiyar: Əyləşin.
Ağabala: İncəsənət mənim həyatımdır. Mən səni məşhur xanəndə etmək istəyirəm.
Bəxtiyar: Məndən xanəndə olar?
Ağabala: Sən artıq xanəndəsən. Səndə fitri istedad var. İnan mənə. Sən böyük artist olacaqsan.
Bəxtiyar: Nə üçün? Mən neftçiyəm.
Ağabala: Sən yenə də neftçi olacaqsan. Həm də oxuyacaqsan.
Bəxtiyar: Axı, bu necə ola bilər?
Ağabala: İstehsalatdan ayrılmamaq şərtilə. Hər şeyi Ağabala düzəldəcək. Həə. Axı, indi mən qastrolbüronun administratoruyam
Gülzar: Onu dilə tutmaq lazımdır, Gülbadam. O, adlı-sanlı adam olacaq. Bacım oğlu onun üçün hər şeyi edəcək.
Ağabala: Xalq səni dinləmək istəyir. Yadındadır, sən klubda oxuyanda nə qədər adam yığılmışdı?
Gülbadam: Eşidirsənmi, oğlum?
Ağabala: Salam
Gülbadam: Bəlkə səndə doğrudan da böyük istedad var.
Ağabala: Böyük? Hehehe. Çox böyük.
Gülbadam: Sən bir özünü sına
Həbib: Həə.
Ağabala: Sən bir hə de. Mən bir konsert düzəldim. Gör, Ağabala haqlıdır, ya yox.
Həbib: Hm.
Bəxtiyar: Mən fikirləşərəm.
Ağabala: Mən tələsdirmirəm. Fikirləş, fikirləş. Mən sabah axşam sənin yanına gələrəm. Salamat qalın.
Həbib: Xoş gəldiniz!
Bəxtiyar: Xoş gəldiniz!
Gülzar: Sağ olun!
Həbib: Xoş gəldiniz!
Gülbadam: Xoş gəldiniz!
Bəxtiyar: Sağ olun!
Gülzar: Ağabala?!
Ağabala: Gəl. O artıq əlimizdədir.
Gülzar: Hə?
Ağabala: Hmmm.
Gülzar: Al, Ağabala!
Ağabala: Hə, çox yaxşı.
Bəxtiyar: Bəlkə bunsuz da olar?
Ağabala: Yox,yox, Bəxtiyar, mən bilirəm səhnəyə necə çıxarlar. Aha, birinci dəfə belə də olar.
Bəxtiyar: Səhnəyə çıxıram?
Ağabala: Sakit ol, Bəxtiyar. Sən, ancaq heç darıxma.
Klub müdiri: Əziz yoldaşlar! Siz bu gün premyerada iştirak edirsiniz. Buruq ustasının köməkçisi və xanəndə, istedadlı mahnı ustası Bəxtiyar Muradov ilk dəfə çıxış edir. Əl çalaq, yoldaşlar.
Həbib: Bəxtiyar, özünü itirmə.
Petya: Sən qorxma, buradayıq.
Klub müdiri: Yoldaş Hüseynov, sabahkı konsertin də elanını vurmaq olarmı? Xahiş edirəm.
Ağabala: Sizin klubda? Burda? Hı. Yox əzizim. Daha burda konsert verə bilmərəm. Zalınız çox kiçikdir.
Dostlar: Sağ ol, Bəxtiyar. Çox sağ ol. Yaxşı oxudun. Sağ ol.
Klub müdiri: Bəxtiyar, təbrik edirəm.
Ağabala: Yoldaşlar, yoldaşlar. Əşi qoyun, bir dincəlsin də.
Gülzar: Düz deyir də, əhh
Ağabala: Gedək qadası, gəl gedək
Həbib: Hanı Bəxtiyar? Bəxtiyar, daha səni burada qoymayacayıq. Xanəndə olmalısan.
Petya: Uşaqlar, atıb-tutaq.
Ağabala: Yoldaşlar, xahiş edirəm ona toxunmayın. Axı, o bu gün yenə də oxuyacaq.
Həbib: Düzdür, uşaqlar. Sonra
Kərim: Afərin, Bəxtiyar. Bəxtiyar, gözləyirik haa
Ağabala: Hə, gördünmü? Bəs mən sənə nə deyirdim. Hehe. Hələ bu başlanğıcdır. Hələ bu gün utanırdın. Hətta səhnədə büdrədin də.
Bəxtiyar: Axı mənim...
Ağabala: Eybi yoxdur, eybi yoxdur. Öyrən, əzizim. Nə qədər ki, mən sağam, mənə bax, öyrən. Mən sənə səhnədə necə dayanmağı, necə geyinməyi, təzim etməyi öyrədəcəyəm. Sənin öz xüsusi repertuarın olacaq. Frakın. Elə konsertlər verəcəyik ki, Bəxtiyar, bəh deməklə başa gəlməz
Nataliya Alekseyevna: Saşa! Saşa, bir bura gəlsənə, gəl, bir tamaşa elə.
Saşa: Nataşa bibi, məni çimdiklə, bərk çimdiklə.
Nataliya Alekseyevna: Niyə gərək mən səni çimdikləyəm?
Saşa: Sənin bağışladığın bu hədiyyədə özümü başqa cür hiss edirəm
Nataliya Alekseyevna: Lap ürəyimdən dedin. Sən doğurdan da dəyişmisən. Böyük qızsan. Ərə getmək vaxtındır.
Saşa: Nə danışırsan bibi? Mən ərə getmək fikrində deyiləm.
Nataliya Alekseyevna: Başa düşürəm, Saşinka. Narahat olma, əzizim. Bu geydiyin paltar sənə lap yaxşı yaraşır. Bu zəhləm getmiş kişi paltarı nəyə gərəkdir ki?! Əəh.
Nataliya Alekseyevna: Aman, Allah, Mitya. Bu nədir
Verxovski: Bu da mənim hədiyyəmdir. Satmaq üçün Fiatistonu bir ildir ki, dilə tuturdum. Ancaq dünən güc-bəla ilə razı sala bildim. Al, bir bax!
Nataliya Alekseyevna: Başa düşürəm, Mitya. Yəqin sənin pulun bir az çatmayıb. Əgər pulun çatsaydı qızını təbrik etmək üçün böyük bir topu sürüyüb salardın evimizə.
Verxovski: (Verxovski gülür). Saşa! Saşacan! (Saşa yaxınlaşır). Aleksandra Dmitriyeviç, 19 yaşınız tamam olması münasibətilə bu silah və sursatı məndən qəbul edin.
Saşa: Atacan, nə gözəl tüfəngdir. (Saşa tüfəngi bibisinə çevirir). İşin bitdi, Nataşa bibi. Təslim ol.
Nataliya Alekseyevna: Oooo. Çox qəribədir. Təpədən dırnağa kimi silahlanmış gəlin. (gülürlər).Bu işlərə gülmək yox, ağlamaq lazımdır.
Saşa: Sənə nə oldu, atacan?
Verxovski: Bilirsən, Aleksandra Dmitriyeviç? Deyəsən bibin haqlıdır. Böyümüsən. Mən isə bunu heç hiss etməmişəm. Saşacan! (Saşa atasının qucağına tullanır) Ah, mənim dəcəl qızım. Sənə dünənə kimi gizlənpaç oynayırdın. Bu gün üçünüz də bir yerdə olacaqsız?
Saşa: Bəxtiyarı deyə bilmərəm. Mən onu evdə tapa bilmədim. Kağız yazıb-qoydum. Yazdım ki, məşhur oxuyan neftçini uşaqlıq dostunun ad gününə dəvət edirəm.
Nataliya Alekseyevna: Mən bilirəm ki, bəziləri mənimlə razılaşmayacaq. Ancaq bu həqiqətdir ki, Saşanın ərə getmək vaxtıdır. Bəli, əzizim. Sənin 19 yaşın vardır. Sənin sağlığına. Xoşbəxt ol!
Professor Rəcəbov: Mən də çox şadam ki, Saşanın 19 yaşı tamam olur. Demək daha mənim bağıma basqın edilməyəcək. Sağ ol.
Yusif: Sizin bağınızı meyvə bazamız hesab etdiyimiz günlərdə Teymur Əliyeviç biz.... (qapının zəngi çalınır, Saşa qapıya tərəf gedir, əlində çiçəklər ilə geri qayıdır)
Saşa: Bəxtiyar göndərib. O, gəlməyəcək. (məktubu açır). Bəxtiyarın konserti var. O, bizim hamımızı dəvət edir. Görün, nə qədər bilet göndərib. Bəs nə edək? Həə?
Yusif: Bəlkə icazə verəsiniz mən tostumu deyim qurtarım. Mən davam edirəm. Sizin bağınızı meyvə bazamız hesab etdiyimiz günlərdə Teymur Əliyeviç....
Saşa: Yusif, bircə dəqiqə. Konsertin başlamasına qalıb..
Nataliya Alekseyevna: Saşa, ..... yaxşı deyil. Otur, çörəyini ye.
Professor Rəcəbov: Gəlin, fasilə elan edək. Hə? Sonra yenə qayıdarıq.
Qonaq: Doğrudur. Gedək. Hə?
Professor Rəcəbov: Saşa, o həmən Bəxtiyardır?
1-ci qız: Əlbəttə Bəxtiyardır. Hm. O, Bəxtiyarı tanımır.
1-ci qız: Bravoo!
Professor Rəcəbov: Axı, mən xahiş etmişdim onu mənim yanıma gətirəsiniz. Bu müvəffəqiyyəti onu uçuruma aparır.
(Bəxtiyar pərəstişkarlara gül atır)
1-ci qız: Sağ ol, Bəxtiyar. Sağ ol, Bəxtiyar. Sağ ol, Bəxtiyar.
(Saşa fit verir, 1-ci qızın ürəyi gedir)
2-ci qız: Rədd ol
3-cü qız: Rədd ol zaldan. Rədd ol
3-cü qız: Biz ki burdan tərpənməmişik.
1-ci qız: Biabıçılıqdır. Belə bir xanəndəni təhqir etmək. Biabırçılıqdır, biabırçılıq. (Bəxtiyar qapıda görünür, qızlar ona yaxınlaşırlar) Buyurun, Bəxtiyar. Rica edirəm, buyurun.
Saşa: Bəxtiyar!
Bəxtiyar: Hə.
Saşa: Salam. Sənin məndən tamamilə inciməyə haqqın var. Hətta məndən küsə də bilərsən. Mən başa düşürəm. Lakin, səndən çox xahiş edirəm ki, bu haqda fikirləşəsən
Bəxtiyar: Mən daha nə haqda fikirləşim.
Saşa: Professor Rəcəbov da sənin konsertində idi. O deyir ki, vaxtilə mənim bağımda oxuyan bu oğlandan əsl xanəndə çıxa bilərdi, əsl xanəndə daha sənin kimi...
Bəxtiyar: Hə, nə üçün demirsən? Yoxsa qorxursan xətrimə dəyər. Başa düşürəm Moskvada Yusiflə böyük artistlərə qulaq asmısan. Mən nəyəm ki.
Saşa: Boş boş danışma. Bu ....... qızlar sənin başını gicəlləndirib... (Saşa qızlara tərəf cumur) Asan yolla getdiyin üçün heç utanmırsan? Bil ki, sən....
Bəxtiyar: Hə.. Danış, danış qulaq asıram
Saşa: Üzünə baxmaq belə istəmirəm. (Saşa Bəxtiyarın saçını dağıdır). Bax belə.
Bəxtiyar: Bilirsənmi? Əgər sən qız olmasaydın...
Saşa: Necə? Məni vurardın. Hə?
(Bəxtiyar gedir. Ağabala ağacın dalından çıxır)
Ağabala: Hm. Köpək qızı...
Ağabala: Sakit ol, Bəxtiyar. Özünü qoru, yalvarıram sənə. Əgər bu müvəffəqiyyət onun üçün azdırsa, qoy, bir azca gözləsin. O, sənin istedadını görəcək, o, peşman olacaqdır. İnan mənə. Böyük iş olub sənin çıxışın bir adama xoş gəlməyib.
Bəxtiyar: Bir adama? Siz buna əminsinizmi? Bəlkə də zalda elə adamlar olub ki, fit verməyi bacarmayıblar.
Ağabala: Necə, necə? Ola bilməz. Bu heç vaxt ola bilməz.
Bəxtiyar: Ola bilməz? (qapı döyülür)
Ağabala: Mən açaram. Mən özüm açaram. (Ağabala bayıra çıxır)
Professor Rəcəbov: Bağışlayın.
Ağabala: Hə?
Professor Rəcəbov: Bəxtiyar Muradov burada yaşayır?
Ağabala: Nə istəyirdiniz ki?
Professor Rəcəbov: Mən konservatoriyanın müəllimi professor Rəcəbovam. Mən Bəxtiyarı görmək istəyirəm.
Ağabala: Bilirsinizmi? Təəssüf ki, o evdə yoxdur. O, hələ konsertdən qayıtmamışdır.
Professor Rəcəbov: Mən onu burada gözləyə bilərəmmi?
Ağabala: Təəssüf ki, o, gec gələcək. Çox gec gələcək.
Professor Rəcəbov: Təəssüf.
Ağabala: Bəli.
Professor Rəcəbov: Onda zəhmət olmasa ona deyin ki, mən xahiş edirəm, o, ya evimdə, ya da konservatoriyada məni görsün. Ancaq mütləq görsün.
Ağabala: Baş üstə.
Professor Rəcəbov: Bu kağızı ona verin.
Ağabala: Mütləq verərəm. Siz arxayın ola bilərsiniz.
Professor Rəcəbov: Narahat etdiyim üçün bağışlayın.
Ağabala: Buyurun. (professor gedir) Konservatoriya. Hm. (Ağabala kağızı cırır və evə dönür.)
Bəxtiyar: O, kim idi?
Ağabala: O gələn Gülzar xala idi. Sənin kefini soruşmağa gəlmişdi. Bəxtiyar hara gedirsən? Dayan.
Bəxtiyar: Dalımca gəlməyin!
Ağabala: Hə?
Saşa: Kim idi?
Yusif: Səhv idi. Qonşunu soruşurdu. (Yusif masanın arxasına keçir). Gəlin davam edək, Natalya Alekseyevna.
Nataliya Alekseyevna: Hə. Siz yeyin, Yusif, yeyin.
Ağabala: Mənə qulaq as, Bəxtiyar. Heç darıxma. Böyük iş olub fişşşşş. Boş şeydi. Ayın 1-dən sənin məzuniyyətin başlayır. (ayağına nə isə dolaşır) Eeeeeeh. Mən qastrolbüro ilə danışaram. Biz səninlə konsert verməyə çıxarıq. Görərsən necə böyük müvəffəqiyyətin olacaq. Sən ona necə oxuyan olduğunu göstərərsən. Bu ən gözəl fikirdir. İnan mənə. Bunu sənə Ağabala deyir.
Verxovski: Gəl Aleksandra Dmitriyeviç kişi kimi səninlə açıq danışaq. Nataşa bibin deyir ki, guya sən Yusifə ərə getmək fikrindəsən.
Saşa: Necə?
Verxovski: Sakit ol. Əsəbləşmək lazım deyil. Xahiş edirəm sən mənə düzünü deyəsən. Bildin? Sən onu sevirsən?
Saşa: Yusifi?
Verxovski: Özün yaxşı bilirsən mən kimi deyirəm. Maşını saxla. Keç bu yana
Saşa: Hara gedirik?
Verxovski: Bəxtiyargilə.
Saşa: Sən elə bilirsən bu, bir nəticə verər?
Verxovski: Bəli, mütləq. Buna heç şübhə ola bilməz.
Gülbadam: O, gedib. Məzuniyyətdədir. Bakıda qalmaq istəyirdi. Yarımca saatın içində yığışıb Ağabala ilə yola düşdü.
Saşa: O kimdi?
Gülbadam: Administratordur. Konsert işlərinə baxır.
Saşa: Yaxşı, bəs, Bəxtiyar mənim üçün məktub qoymayıb?
Gülbadam: Yox.
Saşa: Bəlkə sizin yadınızdan çıxıbdır?
Gülbadam: Yox, yox, Saşacan, yadımdan çıxmayıb.
Saşa: Salamat qal, Gülbadam xala.
Gülbadam: Qızım, sənə nə oldu? Gəl evə otur, dincini al.
Saşa: Yox, sağ olun Gülbadam xala.
(Saşa küçədəki Bəxtiyarın şəkli olan afişaya tərəf baxır)
Saşa: Yəni sən doğrudan da korlanmısan?
Ağabala: (Ağabala telefonla danışır) Sabah bir konsert də verə bilərəm, ancaq səhər.
1-ci güldaşıyan: Hara aparaq?
Ağabala: Onun otağına.
2-ci güldaşıyan : Bəs bunu hara aparaq?
Ağabala: Onu da ora. (telefonla danışır) Hə? Nə dediniz? Yox, bank nəyə lazımdır ki. Banka əziyyət verməyək. Gəlin, haqq hesabı nəğd çürüdək. Bu mənim üçün də yaxşı olar, sizin üçün də yaxşı olar.
Rus müdir: Bu başqa məsələ. Yaxşı, danışdıq.
Ağabala: Hələlik. (Bəxtiyar qapıda görünür) Hə? Bəxtiyar! İşimiz xod gedir, əzizim. Sabah biz səninlə üç konsert veririk. Bu da sənin üçün yeni mahnılar. Bilirsən sözləri nə qiyamətdir. Al.
Bəxtiyar: Yox.
Ağabala: Necə yox? Bəxtiyar!
Bəxtiyar: Mən üç konsertdə oxuya bilmərəm.
Ağabala: Nə danışırsan, əzizim? Heç bilirsən nə danışırsan? Bütün biletlər satılıb. Hamı sənə qulaq asmaq istəyir.
Bəxtiyar: Elə bilirsən oxumağım onlara xoşdur? Mən görürəm, mən hiss edirəm ki, əvvəlki kimi oxumuram.
Ağabala: Hər konsertin yeni bir addımdır. Səsin getdikcə açılır. Mən sənin üçün çalışıram. Burada mənim nə xeyrim var. Hm.
Bəxtiyar: Bu xalturadır.
Ağabala: Nə?
Bəxtiyar: Mən xalturaçı oluram. Mən...
Ağabala: Boş sözdür. Sən qiyamət oxuyursan.
Bəxtiyar: Oxu! Gör, mənə nə yazıblar.
Artist! Dünən konsertdə banladığın səsi haradan almısan?
Ağabala: Gör paxıllıq nələr eləyir. Əhəmiyyət vermə.
Bəxtiyar: Bəsdir, bunu səndən çox eşitmişəm.
Ağabala: Bəxtiyar! Əzizim!
Ağabala: Nə üçün səhnədən çıxdın?
Bəxtiyar: Əl çəkin, bacarmıram, səhnəyə çıxmayacağam.
Rus müdir: Yoldaş Hüseynov! Bu nə deməkdir? İndi biz nə edək?
Ağabala: Elan edin ki, konsert baş tutmur, təxirə salınır. Nə istəyirsiz, deyin.
Rus müdir: Zəhmət çəkib özünüz elan edin. Bu, sizin işinizdir.
Ağabala: Necə? Məni öyrətməyin. Kələkbaz.
Rus müdir: Necə? Mən kələkbazam? Bəs siz kimsiniz? Bəs sən kimsən, həə?
Rus müdir: Buraxın. Bu nə deməkdir? Mən başa düşmürəm.
Ağabala: Geri qayıt.
Rus müdir: Nə üçün soyundunuz? Kim oxuyacaq? Mən oxuyacağam? O oxuyacaq?
Bəxtiyar: Mən oxuya bilmirəm.
Ağabala: Ona qulaq asma, Bəxtiyar, o, dəli olub. Rədd ol buradan.
Rus müdir: Mənə toxunmayın! Oxuya bilmirsən, pulu qabaqcadan almağı bilirsən. Özü də birə altı qat artığa. Nəğd pul ilə.
Ağabala: Siz ki haqqınızı almısınız. Daha bizdən nə istəyirsiniz?
Rus müdir: Mən konsert istəyirəm. Mən oxuyacağam? Haaaa. Kim oxuyacaq?
Bəxtiyar: O nə danışır?
Rus müdir: Özünü tülkülüyə vurma, fırıldaqçı.
Ağabala: Ay ay ay.
Bəxtiyar: Bu nə deməkdir? O nə danışır?
Ağabala: Bəs nə bilirdin? Mejdunarodnu vaqon, qəstinlərdə lüks numra, taksi.
Rus müdir: Taksi.
Ağabala: Bəs konsertlərdə aldığın dəstə-dəstə güllər nə idi? Onları camaat göndərirdi?! Həə?!
Bəxtiyar: (Bəxtiyar Ağabalanın yaxasından yapışır və yerə itələyir). Ay səni, əclaf. (qapı döyülür, Ağabala tez ayağa qalxır)
Ağabala: Kimdir?
İsmayılov: Tamaşaçı.
Ağabala: Buyurun! Xoş gəlmisiniz, yoldaş deputat. Bilirsiniz, balaca bir xəta üz vermişdir.
İsmayılov: Mənə Bəxtiyar Muradov lazımdır.
Ağabala: Buyurun!
(Rza İsmayılov Bəxtiyara yaxınlaşır)
İsmayılov: Xoş gördük, Bəxtiyar.
Bəxtiyar: Rza dayı?!
İsmayılov: Bəli. Xoş gördük.
Bəxtiyar: Siz mənə açıq deyin ki, bu biabırçılıqdır. Mən...
İsmayılov: Bu haqda sonra, Bəxtiyar.
Ağabala: Bilirsiniz, balaca bir xəta üz vermişdir.
İsmayılov: Bağışlayın! Siz kimsiniz?
Ağabala: Qastrolbüronun administratoru, namuslu zəhmətkeş Ağabala Hüseynov.
İsmayılov: Necə Hüseynov?
Ağabala: Bəli Hüseynov, yoldaş deputat. Ağabala.
İsmayılov: Oho! Siz ki məşhur adamsınız.
Ağabala: İncəsənətdə köhnəyəm. Azərbaycanda məni azacıq tanıyırlar.
İsmayılov: Azacıq? Təvazökar olmayın. Azərbaycanda sizi yaxşı tanıyırlar.
Ağabala: Yox canım.
İsmayılov: Bəli, bəli. İnanın mənə. İncəsənətə olan təmənnasız xidmətiniz hamıya məlumdur.
Ağabala: Nə deyirsiniz, yoldaş deputat? Doğrusu mən bu tərifə layiq deyiləm.
İsmayılov: Layiqsiniz, tamamilə. Mən əminəm ki, bundan da artığına layiqsiniz. İkinci səhifəyə baxın! ("Kirpi" jurnalını göstərir və Bəxtiyara dönür). Gəl təmiz havaya çıxaq, Bəxtiyar. Gedək buradan.
Ağabala: (Ağabala jurnala baxır). Vay, dədəm, vay. Hm. Atova nəhlət, kirpi!
İsmayılov: Yaxşı, indi fikrin nədir?
Bəxtiyar: Yox, Rza dayı. Oxumağa həmişəlik son qoydum.
İsmayılov: Yox, bu yaramaz, Bəxtiyar. Sən mütləq konservatoriyaya girməlisən. Gedək mənimlə.
Kərim: Ahhh.
Petya: Bəlkə professor onu qəbul eləmədi?
Həbib: Bir az gözləyək, məlum olar
Kərim: Məncə məlumdur. Bu saat onlar dərsə başlayacaqlar. AAAAA.
Yusif: Yaxşı, biz nə vaxta qədər susacayıq? Axı, mən sabah gedirəm. Niyə sən həmişə Bəxtiyar haqqında düşünürsən? Nəyinə lazımdır? Məgər o sənin tayındır? Üç ildir ki, sən heç onun üzünü də görmürsən.
Saşa: Mən bu haqda düşünmürəm.
Yusif: Saşa, başa düş. Bil ki, sənin yanında müsbət adam olmalıdır. Məsələn....
Saşa: Gülünc danışma...
Yusif: Yaxşı, mən səni tələsdirməyəcəyəm. Mən gözlərəm. Qərarını mənə Bakıda deyərsən.
Yusif: Gəl. Ehtiyyatlı ol.
Güldaşıyan: Narahat olmayın, yoldaş direktor.
Yusif: Salam, Natalya Alekseyevna
Nataliya Alekseyevna: Salam.
Yusif: Gəl.
Güldaşıyan: Qapını açın.
Nataliya Alekseyevna: Aşağıdan açın.
Güldaşıyan: Anam-bacım, salam əleyküm
Nataliya Alekseyevna: Salam. Bu nədir?
Yusif: Saşanın gəlməsi münasibətilədir.
Nataliya Alekseyevna: Aaa.
Yusif: Əla şərabdır. Ekstra. Apar içəri.
Güldaşıyan: Baş üstə.
Nataliya Alekseyevna: Yusif, bu nə xəcalətdir?
Yusif: Boş şeydir.
Nataliya Alekseyevna: Buyurun içəri, Yusif.
Yusif: Sən get.
Güldaşıyan: Baş üstə. Sağ olun, anam-bacım.
Nataliya Alekseyevna: Sağ olun!
Güldaşıyan: Siz də sağ olun. Çox sağ olun.
Yusif: Bəs Dmitri Alekseyeviç hanı?
Nataliya Alekseyevna: O buruqlardadır. Nahar vaxtına ancaq gələcək. Saşanı mən qarşılamalıyam. Haa. Başıma xeyir. Saat üçdür hələ heç bir şey hazırlaya bilməmişəm.
Yusif: Natalya Alekseyevna!
Nataliya Alekseyevna: Hə?
Yusif: Saşanı bəlkə mən qarşılayım
Nataliya Alekseyevna: Yusif, əzizim, sizə minnətdar olaram. Qatar saat 4:30-da gəlir. 6-cı vaqon.
Yusif: Natalya Alekseyevna, getdim.
Nataliya Alekseyevna: Gedin, Yusif, gedin.
Həbib: Ticarət rəhbərinə atəşin salam.
Yusif: Həə, Həbib?!
Kərim: Salam.
Petya: Gözəl buketdir. Bəh, bəh, bəh. Toya gedirsən?
Yusif: Bəlkə də toya gedirəm.
Petya: Oho lap təzə bəyə oxşayırsan.
Yusif: Həbib, bir dəqiqə olar?
Həbib: Buyur.
Yusif: Görürsənmi?
Həbib: Nəyi görürəm?
Yusif: Bu, küçəni görürsən?
Həbib: Görürəm.
Yusif: Axırında nə var?
Həbib: Vağzal.
Yusif: Qulaq as. Saat 4:30-da həmin vağzala qatar gələcək. Həmin qatarda Saşa Verxovskaya gəlir. Onu qarşılamağa mən gedirəm.
Həbib: Axı, nə üçün sən gedirsən?
Yusif: Bunu məndən Saşanın bibisi xahiş edib.
Həbib: Bəs belə de. Bibi Yusifi sevirmi?
Yusif: Bəli, elədir ki var. Bibi Yusifi sevir.
Petya: Yəqin ki, Yusif də bibini sevir.
Yusif: Bəli, Yusif də bibini sevir.
Kərim: Bax, indi sən lap təzə bəyə oxşayırsan. Hehehehehehe. Hələlik.
(Yusif taksiyə minir)
Yusif: Sür
Həbib: Uşaqlar, bura gəlin.
Petya: Hə.
Həbib: Kimin cibində nə var çıxartsın. Tez. İşimiz düzəldi. Gedək.
Kərim: Gedək
Petya: Gedək
(taksi tuturlar)
Həbib: Boşsan? Sür. Sür
(Dostlar Natalya Alekseyevnanı evindən çıxarırlar, Həbib taksi sürücüsünə bildirir)
Həbib: Hazır ol! Tez ol, Kərim. Qatar gəlir. Tez. Əyləşin. Əyləşin arxada.
(onlar gəlib vağzala çatırlar)
Həbib: Tez olun, uşaqlar, tez olun.
Nataliya Alekseyevna: Mən haradayam?
Həbib: Hə, gəlin.
Nataliya Alekseyevna: Oyy.
(Natalya Alekseyevnanı qatar mindirirlər)
Petya: Tez ol, tez ol.
(Saşanın yükünü qatardan boşaldırlar)
Kərim: Qurtardı.
Nataliya Alekseyevna: Yusif, mən haradayam?
Yusif: Bakıda. Siz hara, bura hara?
Nataliya Alekseyevna: Eh, heç soruşmayın, Yusif. Bu lap min bir gecə nağılına bəznəyir. Bilirsinizmi? Əvvəlcə məni götürüb qaçırdılar. Sonra da Saşanı qaçırdılar. Budur, bax, mən tapıldım, amma, Saşa isə...
Yusif: Yaxşı, bəs Saşa haradadır?
Nataliya Alekseyevna: Saşa oralardadır
Saşa: Bu nə işdir? Nə üçün siz məni buraya gəridiniz?
Həbib: Qulaq as. Qulaq as.
Professor Rəcəbov: İndi isə gəlin, təkrar edək. Bəxtiyar, haradasan?
Nataliya Alekseyevna: Mitya sən təsəvvür edə bilməzsən. Bu lap min bir gecə nağılı idi. Bilirsən... (bu zaman istidən şampan partlayır)
Verxovski: Bu nədir?
Nataliya Alekseyevna: Başıma xeyir. Deyəsən Yusif partladı.
Saşa: Uşaqlar çox şey deyərlər.
Bəxtiyar: Yox, uşaqlar həmişə düz deyərlər. Mən indi də sənə..
Saşa: Sus.
Bəxtiyar: Yox. Qulaq as.
8. Mahnılar
8. 1. 1. Ağacda Leylək
8. 1. 1. Sözləri
· Musiqi : Tofiq Quliyev
· Sözləri : ?nv?r ?lib?yli
· İfa edən : Єцvk?t ?l?kb?rova
Ağacda leylək yuva bağlar gedər,
Ağacda leylək yuva bağlar gedər.
Qız sevən oğlan hava bağlar gedər,
Qız sevən oğlan hava bağlar gedər.
Ağacda alma yanağı qırmızı,
Ağacda alma yanağı qırmızı.
Dər səbətə yığ onu bağban qızı,
Dər səbətə yığ onu bağban qızı.
Ağacda alma dadı baldan şirin.
Ay qız, ay oğlan onu xəlvət dərin!
Ağacda alma yetişib dər, tez ol.
Dostlar üçün sən onu göndər, tez ol,
Dostlar üçün sən onu göndər, tez ol.
Yaşıl bağın gözəlidir ağ alma,
Yaşıl bağın gözəlidir ağ alma.
Almanı dərdin daha bağda qalma,
Almanı dərdin daha bağda qalma.
8. 1. 1. 1. Mahnı Haqqında
Ənvər Əlibəylinin sözlərinə bəstələnmiş «Ağacda leylək» mahnısı nəqəratsız mahnılara aiddir (bu mahnı həmçinin «Bəxtiyar» kinofilmi üçün yazılmışdır). Mahnının mətn əsasını 11 hecalı şeir bəndləri təşkil edir. Bu bəndlər bir-biri ilə iki-iki qafiyələnir.
Üç hissəli formada bəstələnmiş bu mahnıda mətnin beş bəndinin hamısından istifadə olunur. Mahnının melodik cümlələrinin əksəriyyəti iki dəfə təkrarlanır. Bu, ilk növbədə, mahnının birinci və sonuncu hissələrinə aiddir. Həmin hissələrdə melodik ibarələr aşağı istiqamətdə hərəkət edir.
Mahnının orta bölməsində ibarələr təkrarlanmır, melodik inkişafda isə aşağı istiqamətli hərəkət yuxarıya doğru hərəkətlə növbələşir.[9]
8. 2. 2. Rusiya
8. 2. 1. Sözləri
· Musiqi : Tofiq Quliyev
· Sözləri : ?
· İfa edən : Єцvk?t ?l?kb?rova
Ömrüm, günüm bağlı sənə.
Şanlı, şöhrətli Rusiya.
Əzəl gündən anasan mənə.
Böyük, qüdrətli Rusiya.
Əzəl gündən oğulam sənə
Böyük, qüdrətli Rusiya.
Müqəddəs daşın var, torpağın var
Bizə candan da əzizdir.
Al rəngli, müzəffər bayrağın var
Günəş qədər o təmizdir.
Mən sənin uğrunda vuruşlardan,
Oddan, alovdan keçərəm.
Dağ kimi möhkəməm etibarda
Yolunda candan keçərəm
Ömrüm, günüm bağlı sənə
Şanlı, şöhrətli Rusiya
Əzəl gündən anasan mənə
Böyük, qüdrətli Rusiya.
Əzəl gündən oğulam sənə
Böyük, qüdrətli Rusiya.
8. 3. 3. Dostluq Mahnısı
8. 3. 1. Sözləri
· Musiqi : Tofiq Quliyev
· Sözləri : ?
· İfa edən : R?єid Behbudov , ?, ?, ?
Dörd dost, dörd ürək, dörd yoldaşıq biz.
Birdir arzumuz, istəklərimiz.
Hər gün suları tən yara-yara,
Birgə gedirik biz buruqlara.
Ayrılmaz dostlarıq biz,
Tükənməzdir qüvvəmiz,
Qarşımızda baş əyir
Mavi, dalğalı dəniz.
Qarşımızda baş əyir
Mavi, dalğalı dəniz.
La la lala lala lay lala
Lala lala lay lala
Lay lala, lay lala, lay
La la lala lala lay lala
Lala lala lay lala
Lay lala, lay lala, lay
Günəş nur səpir yollarımıza,
Dostluq güc verir qollarımıza.
Dostluq solmayan baharımızdır,
Hər vaxt sədaqət şüarımızdır.
Ayrılmaz dostlarıq biz,
Tükənməzdir qüvvəmiz,
Qarşımızda baş əyir
Mavi, dalğalı dəniz.
Qarşımızda baş əyir
Mavi, dalğalı dəniz.
La la lala lala lay lala
Lala lala lay lala
Lay lala, lay lala, lay
La la lala lala lay lala
Lala lala lay lala
Lay lala, lay lala, lay
O kəs dünyada çox bəxtiyardır,
Sadiq, ayrılmaz dostları vardır.
Dərdi, sevinci birgə bölürlər,
Birgə qəm çəkib, birgə gülürlər.
Ayrılmaz dostlarıq biz,
Tükənməzdir qüvvəmiz,
Qarşımızda baş əyir
Mavi, dalğalı dəniz.
Qarşımızda baş əyir
Mavi, dalğalı dəniz.
La la lala lala lay lala
Lala lala lay lala
Lay lala, lay lala, lay
La la lala lala lay lala
Lala lala lay lala
Lay lala, lay lala, lay
La la la laaaa la.

i
· Musiqi : Tofiq Quliyev
· Sözləri : ?nv?r ?lib?yli
· İfa edən : R?єid Behbudov
Bir vaxt uşaq idik, dost idin mənə,
Baş açıq, ayaqyalın gəzərdik bağları.
Səni gördüm, dostum, yad etdim yenə,
Bir şirin yuxu kimi ötən o çağları.
Ah niyə, nə üçün,
Mən beləyəm, bəs, bu gün?
Ah niyə sənin mən,
Tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən.
Bu axşam, sən, əziz dost.
Nə qəşəngsən, nə gözəlsən.
Bu axşam, sən, əziz dost.
Ah, bu gözəlliyi mən, bəs o zaman
Nə üçün hiss etmədim, söylə, bu günkü tək?
Bu gün nə olsa da, əzizim, inan.
Öz sözün deyər sənə daha sevən ürək.
Ah niyə, nə üçün,
Mən beləyəm, bəs, bu gün?
Ah niyə sənin mən,
Tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən.
Bu axşam, sən, əziz dost.
Nə qəşəngsən, nə gözəlsən.
Bu axşam, sən, əziz dost.
Əziz dost
Quş tək uçub getdi o günlər əldən
Mən səni gördün dostum qəlbim də sevindi
Xoş ətirli bir çiçəksən bu gün sən
Gəl daha, könlüm sənin, eşqim də sənindir.
Ax sənin bu gün mən, gəl, tutum əllərindən
Eşqimsən, mənimsən, ömrüm, günüm, sevgilimsən
Nə qəşəngsən, nə gözəlsən
Bu səhər, sən, sevgilim
Nə qəşəngsən, nə gözəlsən
Bu səhər, sən, sevgilim
Nə qəşəngsən, nə gözəlsən
Bu səhər, sən, sevgilim
Eşqimsən, xoş ətirli bir çiçəksən bu gün sən
Sevgilim
Gözəl yar

a
Kupletdə daha uzun, nəqarətda isə qısa melodik cümlələrin səslənməsi ilə T. Quliyevin «Bəxtiyar» filmi üçün bəstələdiyi digər mahnısı - Ə. Əlibəylinin sözlərinə yazılmış «Sevgi Valsı»nda da rastlaşırıq. Bu mahnının kupletində 11 və 13, nəqarətındə isə 3, 4, 7, 9 hecalı misralar növbələşir.
Adından da bəlli olduğu kimi, mahnı vals ritmində yazılmışdır. Burada yarım not - çərək not ritmik ardıcıllaşması, demək olar ki, bütün kuplet boyu dəyişməz qalır. Nəqarətdə hecaların sayı kimi, bu ritm də dəyişir, beləliklə də həmin bölüm istər ritmika baxımından, istərsədə mətn baxımından kupletdən fərqlənir.[10]


· Musiqi : Tofiq Quliyev
· Sözləri : ?
· İfa edən : Mьn?vv?r K?l?nt?rli , Sona Hacэyeva
Balam ey.
Nə səs-küydür bu gün sizdə, Gülcahan?
Toydu bizim evimizdə, Gülbadam.
Oğlun Əhməd toy eləyir, Gülcahan?
Yox, canım babam evlənir, Gülbadam.
Baban evlənir?
Babam evlənir.
Doxsan yaşında?
Doxsan yaşında
Doğrudan evlənir?
Canın üçün evlənir
Gəlin də, oynayaq
Çalıb, həm oxuyaq
Gəlin də, oynayaq
Çalıb, həm oxuyaq
Gəlin də, oynayaq
Çalıb, həm oxuyaq'
Balam ey.

i
· Musiqi : Tofiq Quliyev
· Sözləri : R?sul Rza
· İfa edən : R?єid Behbudov
Üzüyümün qaşı firuzədəndir
Könlüm açılmayır bu gün, nədəndir?
Ağır gündə dost əlindən bərk yapış.
Böyük duyğu ömrü bahar edəndir,
Böyük duyğu ömrü bahar edəndir.
Bulud gələr, çiskin çilər, çən elər
Yar yarından ayrı qüssə, qəm elər.
Sevgilimdən necə qalım aralı?
Bir baxışla qəlbə yüz məlhəm elər,
Bir baxışla qəlbə yüz məlhəm elər.
Üzüyümün qaşı firuzədəndir.

a
T. Quliyevin yaradıcılığı haqqında danışarkən onun əksər mahnılarının uğurlu taleyini, uzunömürlülüyünü qeyd etmək vacibdir. Lakin onların arasında elələri də var ki, Azərbaycan musiqi xəzinəsinə həmişəlik daxil olmuşdur. Rəsul Rzanın sözlərinə yazılmış «Qızıl Üzük» mahnısı belə klassik nümunələrdəndir. «Bəxtiyar» kinofilmində unudulmaz Rəşid Behbudov tərəfindən ifa edilmiş bu mahnı tez bir zamanda böyük şöhrət qazanmışdır (onu da qeyd edək ki, istər «Bəxtiyar» kinofilmi, istərsə də bəstəkarı olduğu başqa filmlər üçün T. Quliyev bir çox gözəl mahnılar yaratmışdır). «Qızıl üzük» mahnısı nəqəratsız kuplet formasındadır. Mahnıda üç 11 hecalı şeir bəndindən istifadə olunur. Onlar bir-birilə AABA prinsipi əsasında qafiyələnir.
Melodik xəttinin inkişafında maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, burada mətnin həmqafiyə A misraları aşağı hərəkətli melodik ibarələr, bəndin fərqli qafiyəyə malik üçüncü misrası isə yuxarı istiqamətli, kuliminasiya xarakterli ibarələrlə səslənir.
Melodik ibarələr şeir misralarının sətirdaxili bölgüsünə (burada 11 hecalı misra 6+5 kimi qruplaşır) uyğun olaraq bölünür. Bu da şeirin quruluş xüsusiyyətlərinin mahnının melodiyasında dolğun şəkildə tərənnüm olunmasını göstərir.[11]


· Musiqi : Tofiq Quliyev
· Sözləri : ?nv?r ?lib?yli
· İfa edən : R?єid Behbudov
Bakı-əziz şəhər, mehriban diyar.
Sinəndə boy atıb, oldum Bəxtiyar.
Səndə ilk eşqimin yadigarı var.
Sən mənim söhbətim, şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən.
Sən mənim söhbətim, şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən.
Gözəl Bakı..
Ürəyim səninlə edir iftixar.
Xəzərin qoynunda saldın buruqlar.
Qəlbimdə qəlbinin hərarəti var.
Sən mənim söhbətim, şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən.
Sən mənim söhbətim, şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən.
Gözəl Bakı..
Baxdıqca doymuram gözəlliyindən.
Şirin nəğmə qədər sevimlisən sən.
Hər yerdə, hər yanda deyəcəyəm mən.
Sən mənim söhbətim, şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən.
Sən mənim söhbətim, şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən.
Gözəl Bakı.
Gözəl Bakı.

1. nda
"Bəxtiyar" kinofilmi üçün yazılmış "Bakı nəğməsi"ndə (sözləri Ə. Əlibəylinindir) mətn ilə musiqi oxşar şəkildə uzlaşır. Nəqarətlı formada yazılmış bu mahnıda kupletdə 11 hecalı misralar, nəqəratda isə 6 və 8 hecalı misralar səslənir.
Mətnə nəzər saldıqda görürük ki, kuplet ənənəvi olaraq dörd deyil, üç misradan ibarətdir. Kupletdəki melodik cümlələr mətnə uyğun olaraq, daha uzundur. Nəqarət bölümü isə qısa-qısa ibarələrin səslənməsinə əsaslanır.[12]

İlk dəfə görmüşəm səni mən
Sahildə, sevgilim
Getməyir o vaxtdan gözümdən
Surətin, ey gülüm
Yadımda qaldı gül camalın
Canımı aldı şux cəlalın
Odlara saldı, yar xəyalın məni
Yadımda qaldı gül camalın
Canımı aldı şux cəlalın
Odlara saldı, yar xəyalın məni
Biz gəzən bağçada o səhər
Əsirdi küləklər
Unudulmaz hüsnünlə bərabər ətirli çiçəklər
Yadımda qaldı gül camalın
Canımı aldı şux cəlalın
Odlara saldı, yar xəyalın məni
Yadımda qaldı gül camalın
Canımı aldı şux cəlalın
Odlara saldı, yar xəyalın məni
Odlara saldı yar məni



2 comments:

ssuuddoo said...

çox sağ ol, qardaş. Bu sözləri heç yerdə tapa bilmədim. :) doğrudan, cxsgl

Şənşad Qayalı
...yalnız bir adam ;)

Hollie said...

Great readinng your post