I had a friend help prepare some sample sentences to questions that would most likely be asked on the Lider show Həyat Tərzi. Wow! It really helped me. This is a good strategy I think for improving your Azerbaijani - think of a topic you need to explain, get an Azerbaijani to help you write it, then just practice reading it over and over again. Much better to do this with content that you understand and can relate to. Grammar books are soooo boring! I will try to post more like this after I get back from vacation. See you soon!
Mənim adım Kalin Makdoneldir.
Mən Kanadalıyam. Artıq sekkiz il Bakıda yaşayıram və altı il musiqi ilə meşqulam.
Xüsüsi ilə kamança çalıram və Azərbaycan xalq və bəstəkər mahnılarını öyrənirəm.
Kanadada yaşayanda heç zaman
Azərbaycan musiqisini eşitməmişəm. Və mənə maraqlı gəlir ki, niyə bu cur musiqi
heç
kim tanılmayıb. Çünki, mən Kanadada
yaşayarkan hər cur dünya musiqisini dinləmişdim.
Yeddi il bundan öncə mən bir
restoranda şam yemeyində əyləşmişdim və gözəl bir musiqi eşitdim. Çox təccübləndim
və sörüşdüm Azerbaycanlı dostlarınan – bu nədir? Onlar dedilər ki, bu kamança
sesidir.
O dəqiqə mənə elə bir hiss gəldi
ki, nə bahasına olsun mən bu aləti yaxından tanımalıyam. Və heyət yoldaşıma
dedim ki, bu aləti öyrənmək istəyirəm. Yoldaşım razı oldu, ancaq yerli
dostlarım inanmırdılar ki mən, xarıcı bir vətandaş, Azərbaycan musiqisini çala
bilərəm.
Çox suallarım var idi ki,
cavab tapmaq istəyirdim. Məsəl üçün, müəllim tapmaq, alət almaq, və nə zaman
başlamaq?
Tesadüfən, mən öz həmkarıma bu barədə dedim. Və xoşbəxtlikdən həmkarımın
anası kamança müəllimi idi. Mina Xanım Məmmədova. Mina Xanım üç il mənə dərs
verdi. Mən çox minnətdaram ona ki, kamança əsaslarını texniki nəzərdən anlatdı
mənə.
Mənim birinci mahnım onunla Cib-cib cücələrim idi. O zamanlar mən
kamanı heç düzgün tuta bilmirdim. Və mən çox minnətdaram ki, mənim ilə bu qədər
səbirli olub.
Buna baxmayaraq mən o zamanlar Azərbaycan musiqisinə helə ki, xarici gözü ilə baxırdım. Çetin gəlirdi
anlamaq. Və yavaş-yavaş hiss elədim ki, artıq Azərbaycan musiqisini öz doğma
musiqim kimi qəbul eləyirəm.
Eyni zamanda Azərbaycan dilinə çox böyük əhəmiyyət verməyə başladım.
Başa düşdüm ki, Azərbaycan dilini öyrənmək üçün mahnılar yardım edə bilər.
Mən fortepiano və vokal dərslərinə başladım. Xoşbəxlikdən Nigar Xanım
Cavadova ilə tanışdım. O mənə Azərbaycan
xalq və bəstəkar mahnılarını öyrətməyə başladı. Mən ona çox minnətdaram
ki, o mənə fortepianoda çalmaq və eyni zamanda öz-özümə müşayyət eləməyi öyrətdi.
Bizim birinci xalq mahnımız Girdim Yarım Bağçasına idi. Bu mahnını çox sevdim.
Ondan sonra biz başqa bəstəkər mahnılarını öyrəndik. Azərbaycan operalardan
ariyalar, məsəl üçün, kino filmlərdən Tofiq Quliyevin Qəmqin Mahnısı.
Nigar Xanim məni Şovkət Ələkbərovanın, Akif İslamzadə, Raşid
Behbudov, Narminə Məmmədova və s. müğənnilərin səsi ilə tanış etdı.
O zaman mənə maraqlı gəlirdi bütün bu nəğmələr və mən dərindən
onların mənasını başa düşmək istəyirdim. Və biz Nigar Xanımla belə bir qərara
geldik ki, Azərbaycan mahnılarını tərcümə edək. O şərtlə ki, mahnının mənası
deyişməyəcək. Hər bir musiqini tərcümə edəndə mən onlara qulaq asırdım. Və hər
bir musiqi məni duyğulandırırdı.
Hal-hazırda, əlli mahnı artıq tərcümə olunub. Və biz Nigar Xanımla bu
kitabı çap eləməyə hazırıq. Bu kitab bütün xarıcı vətandaşlara Azərbaycan şeyrinin və musiqinin nə qədər dərin olduğunu
göstərəcək.
Mən kamança alətini öyrənərkən artıq muğam çalmaq istəyirdim. Və
xoşbaxtlikdən Elton Müəllimlə rastlaşdım. Elton müəllimlə biz artıq
professional səviyyədə meşğul olurduq. O mənə kamançanın sirrlərini anlatdı. Və biz muğamları
onula başladıq. Mən anlayıram ki, muğam dərin bir dünyadır. Və çox suallarıma hələ
ki cavab tapmamışam. Ona görədə, anlamağa davam edirəm.
O zamanlar mən xalq musiqinidə daha yaxından tanımaq istəyirdim. Və
Könül Xanımla rastlaşdım. O mənə xalq mahnısının boğazlarını, xalq üslübda
oxumaqı öyrətdi.
Mənim əsas məqsədim başqa musiqiçilərnən (məsəl üçün, triodə) çalmaq.